Qlobal qiymət artımının Azərbaycan bazarına təsiri: “Un idxalçıları və istehsalçılarına dəstək verilir”backend

Qlobal qiymət artımının Azərbaycan bazarına təsiri: “Un idxalçıları və istehsalçılarına dəstək verilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibənin uzanması fonunda növbəti qiymət artımı dalğası qaçılmaz görünür”.

Bu sözləri qlobal taxıl böhranın ərzaq məhsullarının qiymətinə mümkün təsirini dəyərləndirən Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ekspertlər həmçinin buğdanın bahalaşması ilə əlaqədar dünyada məhsulların qiymətinin artacağını proqnozlaşdırır:

“Dünyada taxıl qiymətləri rekord həcmdə istehsal gözləntilərinə baxmayaraq, 8 illik maksimuma çatıb.
Hazırda postpandemiya dövrünün iqtisadi durğunluğu, Rusiya və Qazaxıstanın taxıl ixracına qoyduqları qadağalar, Ukraynada davam etməkdə olan müharibə, tətbiq edilən iqtisadi sanksiyalar dünyada ərzağın, o cümlədən taxılın, nəticə etibarilə unun qiymətinin artmağa davam etməsini labüd edir. Çikaqo əmtəə birjasının məlumatlarına əsasən, yumşaq payızlıq taxılın qiymətləri 2012-ci ildən bəri ilk dəfə bir buşel (0,027 ton) üçün 8 dolları keçərək rekord vurub.

Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Qlobal iqtisadiyyatda gedən proseslər təbii olaraq ölkəmizə də öz təsirini göstərir. Elə məhsullar var ki, Azərbaycanda istehsal olunmadığından idxaldan asılıdır. Məlum olduğu kimi taxıl ölkəmizə əsasən Rusiyadan idxal olunur. Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.

Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Lakin Ukraynada müharibənin uzanması fonunda növbəti qiymət artımı dalğası qaçılmaz görünür”