Qreta Tunberqin gəmisində yanğın BAŞ VERDİ – Səbəb dron deyilmişbackend

Qreta Tunberqin gəmisində yanğın BAŞ VERDİ – Səbəb dron deyilmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə Qreta Tunberqin gəmisində yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Tunisin TAP agentliyi məlumat yayıb.

Hadisə Tunis sahillərində baş verib. Sentyabrın 8-i axşam saatlarında Qəzzaya Fələstin tərəfdarı olan “fəalları” aparan “Family Maderia” adlı böyük dizel gəmisində yanğın baş verib.

Əvvəlcə heyət iddia edib ki, gəmi dronla vurulub. Onlar sosial şəbəkələrdə qaranlıqda çəkilmiş video yayıblar.

Kadrlarda gəminin burnunda işıq şüası, partlayış səsi və alov görünür. Kadr arxasında isə fəallardan biri “Bizi vurdular! Gəminin burnu yanır!” –  qışqırır.

Videoda Qreta Tunberqin sakitcə xilasedici jilet geyindiyi də seçilir.

Lakin Tunis rəsmiləri bu iddiaları təkzib ediblər. Ölkənin milli qvardiyası dron zərbəsi barədə məlumatı “əsassız” adlandırıb.

TAP agentliyinin Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, yanğına xilasedici jilet səbəb olub.

Nəticədə yalnız bir neçə jilet yanıb, xəsarət alan olmayıb. Bütün altı sərnişin və heyət üzvü salamatdır.

Xuraman Etibarlı

İnterpress.az