Qreta Tunberqin olduğu floti̇li̇ya İspaniyaya qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Bildirilir ki, İspaniyadan Qəzza sektoruna yollanan beynəlxalq aktivistlərin olduğu floti̇li̇ya fırtınalı hava şəraitinə görə Barselonaya geri dönüb.
Təşkilatçılar floti̇li̇yanın yenidən nə vaxt yola çıxacağını açıqlamayıblar.
Avqustun 31-də İsrailin Qəzza blokadasını “yarmaq” məqsədilə Barselonadan yola çıxan gəmilərdə isveçli ekoaktivist Qreta Tunberq də olub.
Hadisədən sonra İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir baş nazir Netanyahunun diqqətinə sərt tədbirlər planı təqdim edib.
O, aktivistlərin “terrorçular üçün” nəzərdə tutulan həbsxanaya salınmasını təklif edib.
Xuraman Etibarlı
İnterpress.az