Quran öyrədən imam 10 il həbs edildibackend

Quran öyrədən imam 10 il həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quran öyrədən imam 10 il həbs edildi

İnterpress.az xəbər verir ki, Çin Şərqi Türküstanda ailə üzvlərinə dini təhsil verdiyi üçün iki uyğuru həbsə məhkum edib.

Şərqi Türküstanın Xotan vilayətində 50 yaşlı imam Mehmet Musa Çin rəhbərliyi tərəfindən “qanunsuz olaraq İslami təlimlər verdiyi” səbəbilə həbs cəzasına məhkum edilib.

İmam Mehmet Musadan Quran dərsi alan 20 yaşlı Osman Mehmet də 2018-ci ildə atası ilə birlikdə həbs cəzasına məhkum edilib.

Mehmet Musa 10 il, oğlu Osman Mehmet isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ildən Şərqi Türküstanda ailədə dini təhsilin verilməsi cinayət sayılır.

Beynəlxalq hesabatlara və bölgədəki mənbələrə görə, bir çox uyğur əvvəllər evlərində İslami təhsil verdiyinə görə həbs edilib.