Quş qripi ilk dəfə Antarktika materikində aşkar edilibbackend

Quş qripi ilk dəfə Antarktika materikində aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər Antarktida materikində ilk dəfə olaraq quş qripinin aşkar edildiyini açıqlayıblar.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

“The Guardian” qəzetinin məlumatına görə, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Base-nin alimləri iki ölü puffini tədqiq ediblər.

Alimlər quş qripinin (H5N1) iki puffində müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika materikində ilk hallar olduğunu qeyd ediblər.

Antarktika Tədqiqatları üzrə Elmi Komitə, Antarktidadakı Hope körfəzində də H5N1 şübhəli bəzi halların tapıldığını bildirib.

“Bu kəşf ilk dəfə olaraq H5N1 virusunun qitəni digərlərindən ayıran təbii sərhədlərə və məsafəyə baxmayaraq Antarktidaya çatdığını göstərir”, – tədqiqat qrupunun hesabatında deyilir.

Digər tərəfdən, elm adamları quş qripinin bütün dünyada yayılmağa davam etdiyini və virusun köçəri quşlar tərəfindən qitə materikinə gətirilə biləcəyini bildiriblər.

H5N1 adlı quş qripi səbəbiylə 2021-ci ildən bəri milyonlarla quş tələf olub.