Quterreş ABŞ-ın geri qayıtmasını alqışladıbackend

Quterreş ABŞ-ın geri qayıtmasını alqışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 

BMT Baş katibi Antonio Quterreş ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmasını alqışlayır və ölkənin təşkilatın işinə əhəmiyyətli töhfələr verəcəyini düşünür.

Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

 

“Baş katib ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmaqla bağlı qərarını alqışlayır. Təşkilat ABŞ-ın Şuranın təxirəsalınmaz işində vacib səsinin eşidilməsini səbirsizliklə gözləyir”, – deyə Düjarrik mətbuat konfransında qeyd edib.

 

İnterpress.az