Rayonda AİLƏ FACİƏSİ: arvadını amansızcasına öldürdübackend

Rayonda AİLƏ FACİƏSİ: arvadını amansızcasına öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 36 yaşlı Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucar rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

 

İnterpress.az