Rəhim Rəhimlinin ölümündən əvvəlki son görüntüləri – AYAQLARI ŞİŞİB – ŞOK VİDEObackend

Rəhim Rəhimlinin ölümündən əvvəlki son görüntüləri – AYAQLARI ŞİŞİB – ŞOK VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Vasif Məhərrəmli ötən gün vəfat edən Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

O, öz instaqram səhifəsində müğənninin özünün sağlığında ona göndərdiyi videonu paylaşıb.

V. Məhərrəmli qeyd edib ki, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib. Xəstəliyi səbəbindən şişmiş ayaqlarının videosunu V. Məhərrəmliyə göndərərək üzrxahlıq edib. O, videoda qaraciyərində problemlər olduğunu, bu səbəbdən ayaqlarının şişdiyini deyib.

“Ay Rəhim, Allah sənə rəhmət eləsin! İncimişdim səndən, dostum. Kaş ki inciməzdim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş ki zəng edəydim, danışaydıq. Deyirdim anamın ən istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin, Rəhim. Bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək, ay Rəhim?! Məkanın cənnət olsun, əziz dost!”, – V. Məhərrəmli paylaşımında qeyd edib.