Rektor Səadət Əliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrikibackend

Rektor Səadət Əliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz həmvətənlər,

Azərbaycan Universitetinin dəyərli kollektivi,

Biz artıq ikinci ildir ki, tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bariz nümunəsi olan zəfərlə taclanan həmrəylik günümüzü böyük qürur hissi ilə qeyd edirik.

Böyük uzaqgörənliklə təsis olunaraq dünya azərbaycanlılarına əmanət edilən, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü artıq daha böyük məna və əhəmiyyət kəsb edir. O, indi sadəcə ənənə deyil, həm də müstəqil dövlət, vahid ideya, amal və prinsip ətrafında sıx və əməli birliyin bayramıdır.

Xalqımızı, ürəyi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlını, Azərbaycan Universiteti ailəsinin bütün üzvlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həməylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edir, ən gözəl, ən xoş arzularımı bildirirəm. 2022-ci ildə hər bir azərbaycanlıya sağlamlıq, sevinc və səadət, ölkəmizə tərəqqi və yeni uğurlar arzulayıram.

Həmrəyliyimiz daim və sarsılmaz,

Bayramımız mübarək olsun!