Rusiya Ukraynanın hücumlarından sonra neft ixracını artırmağa çalışır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna dronlarının neft emalı zavodlarına hücumlarından sonra xam neftin satışa çıxan həcmi artdığından Rusiya Avropa hissəsindəki limanlardan ixrac planını gündəlik 200 min barrel artırıb.
Məqalədə qeyd olunur ki, buna baxmayaraq, ixrac planlaşdırılması hücumlar və təmir qrafiklərinin dəyişməsi səbəbindən qeyri-müəyyəndir və gecikmələr və ixrac həcmlərinin yenidən nəzərdən keçirilməsi ehtimalı qalır.
Xuraman Etibarlı
İnterpress.az