Rihannanın sevgilisi silahlı hücumda ittiham olunur – FOTObackend

Rihannanın sevgilisi silahlı hücumda ittiham olunur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur pop müğənni Rihannanın sevgilisi, reper ASAP Rocky (əsl adı Rakim Mayers) silahlı hücumda ittiham olunub.

Bu barədə Los-Anceles Dairə Prokurorluğunun (ABŞ, Kaliforniya ştatı) ofisi məlumat yayıb.

Bildirilir ki, hadisə 2021-ci ilin noyabrında baş verib. Mübahisə zəminində məşhur rep ifaçısı keçmiş dostuna yarımavtomat silahdan iki dəfə atəş açıb.

ASAP Rocky avqustun 17-də rəsmi ittiham üçün məhkəməyə çağırılıb.

Xatırladaq ki, mayda müğənni Rihanna və ASAP Rocky ilk dəfə valideyn olublar. Onların oğlu dünyaya gəlib.

Mənbə: TASS