Ronaldunun komandası Səudiyyə Ərəbistanı Super Kuboku ilə vidalaşıbbackend

Ronaldunun komandası Səudiyyə Ərəbistanı Super Kuboku ilə vidalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, yarımfinalda “Əl-İttihad”a 1:3 hesabı ilə uduzan Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

Meydana start heyətində çıxan 38 yaşlı hücumçu əvəzlənmədən oynayıb. “Əl-Nəsr”in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldu bu ay Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.