“RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQbackend

“RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rt Group Acdemy” xaricdə təhsil şirkəti  öz fəaliyyətinə 2018-ci ildən başlayıb.

Şirkətin fəaliyyətinin əsas məqsədi, Türkiyə, Avropa və Amerika ölkələrində tələbələrimizin gələcəklə bağlı arzularını həyata keçirməkdir. Şirkət tələbələrin qısa bir zaman ərzində, xaricdə yerləşən universitetlərə qəbul olmaqda onlara kömək edir və bu yolda onlarla birlikdə addımlayır. Çünki fərqli ölkələrdə təhsil almaq hər bir kəsin həyatında yeni bir dil öyrənməkdə, yeni iş imkanları yaratmaqda, yeni insanlarla dostluq əlaqələri qurmaqda kömək olur.

Perspektivli iş imkanları şansı

Daha sonra həmin şəxslər ölkəyə geri dönən zaman daha perspektivli iş imkanları şansı yaranır. Tələbələr Türkiyədə həm bakalavr, həm magistr, həm də doktorantura üzrə təhsil ala bilərlər. Burada Türkiyə üzrə qəbullar istər attestat, istərsə də imtahan nəticəsi ilə aparılır. Tələbənin istəyi üzrə şirkət onlara ixtisas, universitet və şəhərlər seçməkdə köməklik göstərir. Ankara, İstanbul, İzmir, Samsun və s. şəhərlərin ən prestijli universitetlərindən qəbul məktublarının sayı hər il getdikcə artır.

Qəbullar həm əyani, həm də qiyabi şəkildə həyata keçirilir. İmtahan nəticəsi ilə qəbul olub təqaüdlü təhsil alan tələbələrin də sayı çoxdur. Qəbullar tam qanuni şəkildə sənədləşdirmə yolu ilə aparılır.

Avropada təhsil almaq istəyənlərə şad xəbər

“Rt Group Acdemy” aparılan qəbullara 100% zəmanət verir. Şirkət Avropanın istənilən ölkələrinə də təqaüdlə universitet qəbullarını həyata keçirir. Şirkətin Avropada təhsil zamanı seçim olaraq verəcəyi ölkələr Latviya, Litva, Polşa, Estoniya, Macaristan, İtaliya, Çexiya, Almaniyada və s. ölkələrdir. Maraqlı təhsil seçimlərini, unikal mədəniyyəti və böyük universitetləri birləşdirən bu ölkələrdən biri hər kəsin təhsil seçimi ola bilər.

Şəxslər “Rt Group Acdemy”ə müraciət etdiyi zaman bütün sənədlərin notarial qaydada tərcüməsi, təsdiqi, motivasiya məktublarının yazılması və s. kimi sənədləşmə işləri şirkətimizin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir.

Müraciətçilərin edəcəyi tək şey lazım olan sənədləri mütəxəssislərə təhvil verməkdir.

“Rt Group Acdemy”lə bərabər edilən bu seçimlər müraciətçilərə gələcək həyatında əvəzolunmaz nailiyyətlər qazandıracaq.

“Rt Group Acdemy” göstərdiyi keyfiyyətli xidmətdən dolayı qürur duyur.

Ətraflı məlumat üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
(077)744-74-54
(012)409-74-54
www.rtgoup.az
[email protected]