Almaniyada 16 yaşlı ukraynalı qız qatarın altına düşərək ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, 31 yaşlı İraq əsilli miqrant Almaniyanın Aşağı Saksoniya bölgəsi, Fridland icmasında 16 yaşlı ukraynalı qaçqını qatarın altına itələyib.
Qız dərhal ölüb, qatarın hərəkət sürəti təxminən 100 km/saat olub.
DNT ekspertizası nəticəsində kişi cinayət məsuliyyətinə cəlb olunub.
Onun qanında 1,35 promil spirt aşkarlanıb; əvvəllər ona paranoid şizofreniya diaqnozu qoyulub.
Kişiyə qətl ittihamı verilib, cinayətin motivi hələ məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az