Rumıniya Ukrayna ərazisindəki dronları VURA BİLMƏYƏCƏKbackend

Rumıniya Ukrayna ərazisindəki dronları VURA BİLMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Ukrayna ərazisindəki dronları vura bilməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri İonuç Moştyanu bəyan edib. O bildirib ki, ölkə Ukrayna sərhədinə yaxın uçan, lakin hələ də Ukrayna ərazisində olan dronlara qarşı hərbi müdaxilə etməyəcək.

Onun sözlərinə görə, Rumıniya yalnız öz hava məkanına daxil olan obyektlərə qarşı reaksiya verə bilər.

Nazir vurğulayıb ki, beynəlxalq hüquq normaları Rumıniyanın digər dövlətin ərazisində hərbi əməliyyat keçirməsinə imkan vermir.

“Bizim məsuliyyətimiz yalnız ölkəmizin hava məkanını qorumaqdır. Ukrayna üzərində uçan dronlara atəş açmaq beynəlxalq qanunların pozulması olardı”, – o əlavə edib.

Moştyanu həmçinin bildirib ki, Rumıniya Ukraynanın təhlükəsizliyinə dəstək verməkdə davam edir, lakin bütün tədbirlər beynəlxalq hüquqa uyğun şəkildə həyata keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az