Rus Pravoslav Kilsəsi absurd bəyanatla çıxış edib.
İnterpress.az-ın məlumatına görə, Rus Pravoslav Kilsəsi bəyan edib ki, Rusiyadakı müsəlmanlar mollanın əmri ilə “moskvalıları qırmağa qadir olan bütöv bir ordudur”.
Şema-Abbot Qabriel öz xütbəsində müsəlmanları güclü, mütəşəkkil və hərəkətə hazır adlandırıb: “sağlam, ayıq, imanla mübarizə aparanlar”.
Onun sözlərinə görə, molla əmr etsə, “Daxili İşlər Nazirliyinin hərəkət etməyə vaxtı olmayacaq, nəticəsi acınacaqlı olacaq”.
O əlavə edib ki, hətta “yanlış inanc” da keçmişdə kommunistlərin etdiyi kimi müsəlmanlara güc verir.
Xuraman Etibarlı
İnterpress.az