Rusiya 2028-ci il Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak edəcək.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya İdman naziri və Rusiya Olimpiya Komitəsinin prezidenti Mixail Degtyarev bildirib.
O deyib ki, ölkə 2028-ci il Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak etməyə hazırlaşır.
Olimpiada 14–30 iyul 2028-ci il tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
Xuraman Etibarlı
Interpress.az