Çox güman ki, Rusiya Çinə Tayvanı mümkün işğala hazırlamağa kömək edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Nəşr sızdırılmış sənədlərə istinad edir, onların həqiqiliyi Britaniyanın RUSI analitik mərkəzi tərəfindən təsdiqlənib.
Sənədlərdə qeyd olunur ki, 2024-cü ilin oktyabrında 580 milyon dollardan çox dəyəri olan müqaviləyə əsasən, Çin 37 BMD-4M hava-desant döyüş maşını, 11 Sprut-SDM1 özüyeriyən silah, 11 BTR-MDM zirehli personal daşıyıcısı, komanda maşınları və ağır texnikanın havadan buraxılması üçün xüsusi paraşüt sistemləri alacaq.
Bundan əlavə, rusiyalı təlimatçıların həm Rusiyada, həm də Çində çinli paraşütçülərə təlim keçməsi gözlənilir.
Tayvan vəziyyəti yaxından izlədiyini və mümkün hücuma hazır olduğunu bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az