Ankara hava limanında Rusiya Federasiyası ilə ABŞ arasında 26 məhbusun mübadiləsi baş tutub.
interpress.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Ankara hava limanında Rusiya Federasiyası ilə ABŞ arasında 26 məhbusun mübadiləsi baş tutub.
Televiziya kanalı mübadilə prosesini əks etdirən kadrlar dərc edib.
Türkiyə mətbuatı xəbər verir ki, prosedur Türkiyə Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edilib.
Bu gün səhər saatlarında media WSJ-nin jurnalisti Evan Qerşkoviç və Rusiyada casusluqda ittiham olunan keçmiş dəniz piyadası Pol Uilanın mübadilə çərçivəsində ABŞ-yə qayıdacağı barədə məlumat yayıb.
Bundan başqa, Almaniyada ömürlük həbs cəzasına məhkum edilmiş rusiyalı Krasikovun Rusiyaya qayıdacağı barədə də məlumatlar da var.
Mübadilə çərçivəsində buraxılanların 10-u Rusiyaya, 13-ü Almaniyaya, üçü isə ABŞ-yə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az