Rusiya ilə Avropa arasında müharibə riski mövcuddur – Təhlükəsizlik Şurasıbackend

Rusiya ilə Avropa arasında müharibə riski mövcuddur – Təhlükəsizlik Şurası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Avropa arasında müharibə riski mövcuddur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Avropa ilə mümkün qarşıdurmaya dair xəbərdarlıqla çıxış edib.

Avropa ölkələrində yaxın beş il ərzində hər kanalda Rusiya ilə müharibə qızışdırılır.

Rusiya tərəfi qeyd edir ki, belə müharibənin baş verməsi arzuolunmazdır və bundan qaçmaq mümkündür. Lakin “faciəli təsadüf” ehtimalı istisna edilmir.

Təhlükəsizlik Şurasının nümayəndələri bildiriblər ki, bu səbəbdən Rusiya daim ayıq-sayıq olmalı, hərbi və siyasi hazırlıq səviyyəsini yüksəkdə saxlamalıdır.

Açıqlamada konkret ölkələrin adları çəkilməsə də, Avropada Rusiyaya qarşı artan ritorika və təhlükəsizlik narahatlıqları fonunda bu bəyanat beynəlxalq medianın diqqətini cəlb edib.

Xuraman Etibarlı

İnterpress.az