Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya vitse-premyeri Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində bildirib.
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi bu il xeyli azalıb.
Onun sözlərinə görə, Moskva ilin sonuna qədər ötən illə müqayisədə göstəricilərin iki dəfə azalacağını gözləyir.
“Əgər ötən il 12,4 milyard dollar olmuşdursa, bu il təxminən 6 milyard, bəlkə də bir qədər artıq olacaq”, – Overçuk qeyd edib.
Rəsmi rəqəmlərə əsasən, 2025-ci ilin ilk yarısında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,4 milyard dollardan bir qədər çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Xuraman Etibarlı
İnterpress.az