“Rusiya ilə viza rejimi tətbiq edəcəyik” – Zelenskibackend

“Rusiya ilə viza rejimi tətbiq edəcəyik” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna iyulun 1-dən Rusiya ilə viza rejimi tətbiq edəcək”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna Rusiya Federasiyası ilə viza rejimi tətbiq edir… Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edəcək”,  Zelenski Telegram kanalında yazıb.

Qeyd olunur ki, Nazirlər Kabineti cümə günü Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi və Ukrayna ilə Rusiya arasında bəzi beynəlxalq müqavilələrin tətbiqi haqqında sazişə xitam verilməsi barədə qərar verməlidir.