Rusiya məktəblərində bəzi sözlərin istifadəsi QADAĞAN EDİLDİbackend

Rusiya məktəblərində bəzi sözlərin istifadəsi QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya məktəblərində dərslərdə “gender”, “tolerantlıq” və “məişət zorakılığı” sözlərindən istifadə qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, dövlət məktəblərində müəllimlərə dərslərdə “gender”, “tolerantlıq” və “ailə içi zorakılıq” sözlərini işlətməmələri tövsiyə olunub.

Müəllimlərə bu sözlərin yerinə daha “uyğun” ifadələrdən istifadə etmək məsləhət görülüb: “tolerantlıq” əvəzinə “hörmət” və ya “xalq arasında dostluq”, “gender” əvəzinə “cins”, “bullinq” və “ailə içi zorakılıq” isə “zorbalıq” və ya “psixoloji zorakılıq” kimi təqdim edilməlidir.

Xuraman Etibarlı

İnterpress.az