Rusiya tərəfinə Ermənistanın Azərbaycanla sərhəddə və Qarabağ iqtisadi rayonunda təxribatları barədə məlumat verilibbackend

Rusiya tərəfinə Ermənistanın Azərbaycanla sərhəddə və Qarabağ iqtisadi rayonunda təxribatları barədə məlumat verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.

Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.

Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.