Rusiya təyyarələri nasazlıqlara görə uçmaq üçün təhlükəli hala gəlib.
Interpress.az xəbər verir ki, bu barədə PАО “Yakovlev” şirkətinin Rusiya Aviasiya Administrasiyasına göndərdiyi məktubda bildirilir.
Rusiyada istismarda olan 14 ədəd “Sukhoi Superjet 100” təyyarəsində ciddi konstruksiya qüsurları müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, bu nasazlıqlar gövdə hissəsində çatların və deformasiyaların yaranmasına səbəb ola bilər.
Məsələ ilə bağlı PАО “Yakovlev” şirkətinin Rusiya Aviasiya Administrasiyasına göndərdiyi məktubda qeyd olunub ki, təhlükə altında olan təyyarələr “Yamal”, “Rossiya” və “Azimut” aviaşirkətləri tərəfindən istismar olunur.
Qeyd olunur ki, hazırda müvafiq texniki yoxlamalar aparılır.
Xuraman Etibarlı
İnterpress.az