Rusiya və Misir xarici işlər nazirləri telefonla DANIŞDIbackend

Rusiya və Misir xarici işlər nazirləri telefonla DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Misir xarici işlər nazirləri Qəzzadakı vəziyyəti və Rusiya-Ərəb sammitinə hazırlığı müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiyanın xarici işlər naziri Lavrov misirli həmkarı Abdel Atta ilə telefon danışığı aparıb.

Söhbət zamanı tərəflər Qəzza zolağındakı vəziyyət, İranın nüvə proqramının inkişafı, Afrikadakı regional münaqişələr, ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Oktyabrın 15-də Moskvada keçiriləcək Rusiya-Ərəb sammitinə və noyabrın 18-19-da Qahirədə keçirilməsi planlaşdırılan Rusiya-Afrika nazirlər konfransına hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Xuraman Etibarlı

İnterpress.az