Rusiya və Tacikistan prezidentləri Alyaskada danışıqlarının nəticələrini MÜZAKİRƏ ETDİbackend

Rusiya və Tacikistan prezidentləri Alyaskada danışıqlarının nəticələrini MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Tacikistan prezidentləri Alyaskada Rusiya-Amerika danışıqlarının nəticələrini müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Rusiya Federasiyası və Tacikistan prezidentləri Alyaskada Rusiya-Amerika danışıqlarının nəticələrini müzakirə ediblər.

Putinlə telefon danışığı zamanı Rəhmon Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş addımları alqışlayıb.

Bundan əlavə, ölkə liderləri ikitərəfli əlaqələri və oktyabrda Düşənbədə keçiriləcək bir sıra tədbirlərə hazırlıq məsələlərini müzakirə ediblər: Rusiya Federasiyası Prezidentinin Tacikistana dövlət səfəri, Mərkəzi Asiya-Rusiya sammiti və MDB Dövlət Başçıları Şurasının iclası.

Bundan əvvəl Putin Qazaxıstan və Özbəkistandan olan həmkarları Tokayev və Mirziyoyevlə telefonla danışıb.

Onlar Rusiya Federasiyası və ABŞ prezidentlərinin Alyaskada apardıqları danışıqları da müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az