Rusiya Yaponiya rəsmilərinə ölkəyə girişi qadağan etdibackend

Rusiya Yaponiya rəsmilərinə ölkəyə girişi qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakimiyyət orqanları Yaponiyanın Baş naziri Fumio Kişida, Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi və bir sıra digər yüksək vəzifəli məmurların, iş və elm adamlarının Rusiyaya girişini qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir.

Siyahıya ümumilikdə 63 Yaponiya vətəndaşı daxil edilib. Xarici İşlər Nazirliyinin bəyanatında Yaponiya hakimiyyətinin “görünməmiş anti-Rusiya kampaniyası” başlatdığı və bu kampaniya çərçivəsində “Rusiya Federasiyasına qarşı qəbuledilməz ritorika, o cümlədən böhtan və birbaşa təhdidlərə” yol verildiyi qeyd olunub. Sadalanan şəxslərin ölkəyə girişinə qadağa qoyulması da Tokionun Rusiya əleyhinə sanksiyalarına cavab addımı olaraq qəbul edilmiş qərardır.

Aprelin 19-da Yaponiyanın qəbul etdiyi yeni anti-Rusiya sanksiyalar paketi qüvvəyə minib. Bu paketə Rusiyadan 38 növ malın idxalına qadağa daxildir: xüsusilə taxta, spirt, həmçinin gəmilər, təyyarələr, avtomobillər və motosikletlər üçün mühərrik hissələrinin idxalını sadalamaq olar. Siyahıya daxil olan malların idxal zamanı ümumi dəyəri 15 milyard yen (təxminən 9 milyon 573 milyon 399 min rubl) təşkil edib.