Rusiyada 24 yaşlı vyetnamlı qadına çağırış vərəqəsi verilib – FOTObackend

Rusiyada 24 yaşlı vyetnamlı qadına çağırış vərəqəsi verilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya vətəndaşlığını qəbul etmiş Vyetnam əsilli 24 yaşlı gənc xanıma çağırış vərəqəsi təqdim edilib.

Məlumata görə, Nquyen Vu Hoanq Anh 2020-ci ildə Rusiya vətəndaşlığını alıb. O, Moskva Maliyyə Universitetində oxuyub və hazırda “Lamoda” onlayn mağazasında analitik işləyir.

Nquyen bildirib ki, bu yaxınlarda mülki geyimli iki nəfər onun evinə gələrək çağırış vərəqəsini veriblər. Qadının sözlərinə görə, onun hərbi işlərlə və tibblə heç bir əlaqəsi yoxdur və hərbi qeydiyyata düşməyib.

Hadisədən sonra qadın izahat almaq üçün hərbi komissarlığa gedib və əməkdaşlardan məsələnin araşdırılacağı barədə vəd alıb.

 

Mənbə: gazeta.ru