Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, 39 km dərinlikdə olub” – məlumatda deyilir.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.