Rusiyada alimlər kütləvi İŞDƏN ÇIXARILACAQLARbackend

Rusiyada alimlər kütləvi İŞDƏN ÇIXARILACAQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada alimlər kütləvi şəkildə mükafatlardan məhrum ediləcək və hətta işdən çıxarılacaqlar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası mənbələrə istinadən yazır.

Ölkədə elm xərclərinin azalması səbəbindən elmi təşkilatların rəhbərləri əməkdaşları ixtisar etməyə və əlavə vəsait axtarmağa məcbur edilir.

Məlumata görə, problem prezidentin fərmanı ilə bağlıdır. Fərmana əsasən, elmi işçilərin orta aylıq maaşı region üzrə orta əməkhaqqının azı 200%-i həcmində olmalıdır. Büdcələrin artırılmaması isə bu göstəriciyə yalnız ixtisarlar hesabına nail olmağa imkan verir.

Nəticədə bir çox alimlər yarım ştat iş rejiminə keçirilir. Bu yolla əməkhaqqı nominal olaraq ikiqat göstərilir, amma faktiki olaraq maaş artımı baş vermir.

Mütəxəssislər bildirirlər ki, hazırkı vəziyyət elmi kadrların kütləvi axınına və tədqiqat institutlarının zəifləməsinə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az