Rusiyada arbitraj hakimi İNTİHAR ETDİbackend

Rusiyada arbitraj hakimi İNTİHAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada arbitraj hakimi intihar edib.

Interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb

Bildirilir ki, Rusiya Şərqi-Sibir dairə Arbitraj Məhkəməsinin hakimi Nikolay Kurts intihar edib. .

Məlumata görə, 37 yaşlı Kurts 3 sentyabr gecəsi evdən çıxıb və son dəfə İrkutsk şəhərindəki Qlazkov körpüsündə müşahidə kameraları tərəfindən qeydə alınıb.

Onun meyiti hələ tapılmasa da, yerli hüquq-mühafizə orqanları hadisənin qeyri-kriminal xarakter daşıdığını təsdiqləyib.

Nikolay Kurts 2023-cü ilin noyabrında Şərqi-Sibir dairə Arbitraj Məhkəməsinə hakim təyin olunmuşdu. Bundan əvvəl bir neçə il İrkutsk vilayəti Arbitraj Məhkəməsində çalışıb.

Xuraman Etibarlı

Interpress.az