Rusiyada azərbaycanlı kriminal avtoritet HƏBS EDİLDİ – FOTObackend

Rusiyada azərbaycanlı kriminal avtoritet HƏBS EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Bryansk vilayət məhkəməsi 41 yaşlı azərbaycanlı barəsində hökm çıxarıb.

“Qazi Bryansk” və ya “Maq Bakınski” kimi tanınan kriminal avtoritet Qəzənfər İsmayılov Azərbaycan vətəndaşını döyməkdə ittiham olunur.

O, Bryansk kriminal aləmində yüksək postlu şəxslərdən biri olub. Q.İsmayılov federal axtarışda olub və Dağıstanda ələ keçirilib.

Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Qazi Bryansk” kimi tanınan kriminal avtoritet Qəzənfər İsmayılov əslən Ağdaşın Ləki kəndindəndir.