Belqorod vilayətində neft bazasında yanğın olub.
İnterpress.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Belqorod vilayətinin Proxorovka qəsəbəsində yerləşən neft bazasında yanğın baş verib.
Onun sözlərinə görə, hadisə zamanı bəzi çənlərə ziyan dəyib.
Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az