Rusiyada rus icması ilə müsəlman arasında TOQQUŞMA: “Burada namaz qılmaq olmaz” – VİDEObackend

Rusiyada rus icması ilə müsəlman arasında TOQQUŞMA: “Burada namaz qılmaq olmaz” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leninqrad vilayətində rus icması ilə müsəlman arasında toqquşma  baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Leninqrad vilayətində yerli rus icması ilə müsəlman arasında insident baş verib.

Hadisənin əsas səbəbi, müsəlman şəxsin namaz qılmaq istəməsi və yerli icmanın buna etirazı olub.

Yerli sakinlər hadisə zamanı “Burada namaz qılmaq olmaz, bu pravoslav regiondur” deyərək etirazlarını bildiriblər.

Nəticədə tərəflər arasında mübahisə fiziki qarşıdurmaya qədər gəlib çıxıb. Yerli hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, mübahisəni sakitləşdirməyə çalışırlar.

Polis hadisənin səbəblərini araşdırır və şahidlərin ifadələrini toplayır. Həmçinin insidentin ictimai asayişə, bölgədə etnik və dini münasibətlərə təsiri barədə rəsmi açıqlama gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az