Rusiyada silah almaq yaşı artırılıbbackend

Rusiyada silah almaq yaşı artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada iyunun 29-da silah sahibləri üçün yeni qaydalar qüvvəyə minir, o cümlədən silah almaq üçün yaş həddi 21-ə qaldırılır.

İnterpress.az-ın məlumatına görə, “Silah haqqında” Federal qanuna dəyişiklik edilib.

Əsas dəyişikliklərdən biri odur ki, Rusiyanın 21 yaşına çatmış vətəndaşları məhdud məhvedici mülki odlu silahlar, ov silahları, odlu silahlar, uzun lüləli özünümüdafiə silahları almaq hüququna malik olacaqlar.

Qeyd edək ki, dəyişiklikdən əvvəl silah almaq üçün yaş həddi 18 idi.