Rusiyada şirkət rəhbərinin başsız meyiti TAPILDI – FOTObackend

Rusiyada şirkət rəhbərinin başsız meyiti TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalininqrad vilayətində kalium və maqnezium duzları hasil edən şirkətin baş direktorunun başı kəsilmiş meyiti tapılıb.

Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kalininqrad vilayətində “K-Potaş Servis” şirkətinin baş direktoru Aleksey S.-nin başsız cəsədi tapılıb.

Onun meyiti Solneçnoye kəndi yaxınlığında körpünün altında, yanında isə qoşqu trosu ilə aşkarlanıb.

Hadisənin bütün detalları araşdırılır.

Qeyd edək ki, Aleksey S. 2022-ci ilin oktyabrından “K-Potaş Servis” şirkətinə rəhbərlik edirdi. Şirkətin təsisçiləri Niderland və Kipr şirkətləridir.

Keçən il müəssisə qalmaqalla gündəmə gəlmişdi – Nivenskoye qəsəbəsində kalium mədəninin işə düşməsi yenidən təxirə salınmışdı.

Layihənin icrasında texniki işlərin aparıldığı və avadanlıqların dəyişdirildiyi bildirilmişdi.

Əslində isə mədənin 2021-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulurdu, lakin yerli sakinlərin etirazları buna mane olmuşdu.

Xuraman Etibarlı

Interpress.az