FSB Rusiyada terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, FSB Udmurtiyada terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Qatarı yandırmağı planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olub.
Həmin şəxs sosial şəbəkələrdə Crocus-da törədilən terror aktına haqq qazandırıb.
Ondan əldəqayırma yandırıcı qurğuların hazırlanması üçün komponentlər, onların hazırlanmasına dair təlimatlar olan smartfon və planlaşdırılan terror aktı ərazisində obyektlərin yerləşməsinin diaqramı götürülüb.
Əməliyyatçılar həmçinin Telegram-da beynəlxalq terror təşkilatlarının üzvləri ilə yazışmalar aşkar ediblər.
Xuraman Etibarlı
İnterpress.az