Sevastopolda tikinti kranı aşıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sevastopolda tikinti kranının aşması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Hadisə Oktyabr İnqilabı prospekti ərazisində baş verib. Məlumata görə, fövqəladə xidmətlərə siqnal saat 10:04-də daxil olub.
Əraziyə dərhal xilasedicilər, Rusiya FHN əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az