Rusiyadan Gürcüstana 1,135 milyard dollar köçürülübbackend

Rusiyadan Gürcüstana 1,135 milyard dollar köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin 9 ayının nəticələrinə görə, Rusiyadan Gürcüstana 1,135 milyard dollar vəsait köçürülüb. Gürcüstan Milli Bankının açıqladığı bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çox olub.

Rusiya ölkəyə pul köçürmələrinin həcminə görə liderdir. Sentyabrda köçürmələrin həcmi 350% artıb. Gürcüstan banklarına edilən köçürmələrin 44,9%-i məhz Rusiyanın payına düşüb. Bu, daha çox Rusiyada səfərbərliklə bağlı olub.

İlin əvvəlindən Gürcüstan banklarına köçürülən vəsaitlərin həcminə görə İtaliya böyük geriləmə ilə ikinci yerdədir. Buradan Gürcüstana təxminən 317 milyon dollar göndərilib. Üçüncü yeri ABŞ (234 milyon dollar) tutub.

Ümumilikdə, cari ilin əvvəlindən Gürcüstana bütün dünyadan 2,8 milyard dollar vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66% çoxdur.

Mənbə: gazeta.ru