Rusiyalı alpinist Nataliya Naqovitsina rəsmən itkin düşmüş elan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirlik Rusiyadan olan alpinist Natalya Naqovisinanı rəsmi olaraq itkin düşmüş elan edib.
Məlumata görə, qadın avqustun 12-dən etibarən 7,2 min metr hündürlüyə malik “Pobeda” zirvəsindədir.
Onun ayağı sınıb və hərəkət etmək imkanına malik deyil.
Mütəxəssislər artıq alpinistin sağ qalma ehtimalına ümidsizdirlər.
Xuraman Etibarlı
İnterpress.az