Rusiyalı müxalifətçi İlya Yashin vətəndaşlıqdan məhrum edilib.
Interpress.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin öz Telegram-kanalında bildirib. Yaşin qeyd edib ki, onun Rusiya vətəndaşlığı ləğv olunub.
O qeyd edib ki, 8 sentyabrda Moskvada onun “xarici agent” statusu ilə bağlı yeni cinayət işi üzrə məhkəmə iclası başlayacaq.
Yaşinin vəkili iş materiallarını araşdırarkən Rusiyanın Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən məhkəməyə təqdim olunmuş sənəddə onun vətəndaşlığı olmayan şəxs statusu aldığını və Rusiyaya girişinə qadağa qoyulduğunu müəyyən edib.
Xuraman Etibarlı
Interpress.az