Rusiyalı saçlarının rənginə görə 50 min rubl (təxm. 934 man) cərimə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva sakini saçlarını mavi və sarı rənglədiyinə görə cərimələnib.
Məhkəmə Stanislav Netosovun ictimai yerdə olduğunu və “boyanmış saç şəklində vizual təbliğat vasitəsi nümayiş etdirdiyini” müəyyən edib.
Xuraman Etibarlı
İnterpress.az