Rusiyanı Cənubi Qafqazdan ayırmaq kökündən boş bir təşəbbüsdür – Kopırkinbackend

Rusiyanı Cənubi Qafqazdan ayırmaq kökündən boş bir təşəbbüsdür – Kopırkin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanı Cənubi Qafqazdan ayırmaq kökündən boş bir təşəbbüsdür.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Syunyats Yerkir” qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ilə bağlı fikirləri şərh edərkən deyib.

“Nə coğrafiyası, nə ortaq tarix, nə də Rusiyanın Zaqafqaziya dövlətləri ilə çoxşaxəli əlaqələrinin dərinliyi buna imkan verməyəcək.

Buna baxmayaraq, müəyyən xarici oyunçular bu cür absurd fikirlər səsləndirərək, yalnız öz istəklərini və regional reallıqları zəif dərk etdiklərini ortaya qoyurlar”, – Kopırkin deyib.

Xuraman Etibarlı

İnterpress.az