“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Təklifbackend

“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dumasının Krımdan olan deputatı Mixail Şeremet bayrağın dəyişdirilməsini təklif edib.

İnterpress.az xəbər verir ki, bununla bağlı məlumat yayan “RİA Novosti” deputatın bu təklifinin hazırda Ukraynada davam edən “xüsusi əməliyyat”la bağlı olduğunu bildirib.

Belə ki, deputatın fikrincə, Rusiyanın hazırkı üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz edilməlidir. Çünki bu bayraq “qələbə bayrağı” hesab olunur və Ukraynadakı rus qoşunları məhz bu bayraq altında savaşmalıdırlar.

Qeyd edək ki, rus qoşunları Ukraynada işğal əməliyyatlarını onsuz da tez-tez keçmiş SSRİ bayrağı altında keçirirlər. Onu da xatırladaq ki, bir neçə il öncə Rusiya öz himnini dəyişərək, keçmiş SSRİ himnini qəbul etmişdi.