Rusiyanın Ukraynanın ətraf mühitinə vurduğu ziyanın miqdarı açıqlanıbbackend

Rusiyanın Ukraynanın ətraf mühitinə vurduğu ziyanın miqdarı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi genişmiqyaslı təcavüz zamanı Rusiya qoşunlarının Ukraynanın ətraf mühitinə vurduğu bütün itkiləri hesablayır.

Bunu nazirliyin rəhbəri Ruslan Strelets deyib.

“Bu gün biz işğalçıların ətraf mühitə vurduğu bütün itkiləri hesablayırıq. Dəymiş ziyanın ümumi məbləği artıq 202 milyard qriveni ötüb və bu, bizim yeni metodlarımızdan istifadə etməklə hesablamalı olduğumuz halların hamısı deyil”-deyə, o bildirib.

Onun sözlərinə görə, nazirlik Ukraynanın bərpasına sərmayə qoymaq istəyən investorlara kömək etməyə hazırdır.