Saatlı və Tərtər sakinlərindən odlu silah götürülübbackend

Saatlı və Tərtər sakinlərindən odlu silah götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı və Tərtər rayon sakinlərindən sənədi olmayan ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soltanabad kənd sakini R.İslamovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

 Bundan başqa , Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı  Kəngərli kənd sakini İ. Həsənovanın evindən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

İnterpress.az