Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdibackend

Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb.

Bununla bağlı Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib: “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün suyunun çox aşağı düşməsi həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir”.

Millət vəkili vəziyyətin daha pisləşdiyini bildirib: ” Neftçalanın Kür sahilı kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özü və bir çox kəndlər artıq evlərə su şor şəkildə gəldiyi üçün su içməkdən imtina etməyə məcburdular. Səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun artırılmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri əsir dəniz suyun Kürə qovur və bu vəziyyəti pis məcraya salır”.

OnlinePress.az