Sabirabadda su kanalında boğulan 17 yaşlı oğlanın meyiti tapılıbbackend

Sabirabadda su kanalında boğulan 17 yaşlı oğlanın meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad sakininin meyiti su kanalından çıxarılıb.

İnterpress.az xəbər verir ki, hadisə rayonun Məmişlər və Kürkəndi kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.

Belə ki, rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu beton su kanalında çimərkən boğulub.

Hadisə yerinə FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən axtarışlar nəticəsində E.Quliyevin meyiti batdığı yerdən beş kilometr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.“Report”