Şahbaz Şərif: “Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir”backend

Şahbaz Şərif: “Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə o, tviter hesabında yazıb:

“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik.

Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, – Baş nazir qeyd edib.